Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Hadisə (26-07-2016, 17:34)
Binəqədidə evləri yananların məhkəməsinə təcili yardım çağırıldı


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Binəqədi rayonunda yaşayış binasında baş verən yanğınla bağlı təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Mediatv.az xəbər verir ki, Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, prosesə hakim Əfqan Hacıyev sədrlik edib.

“Müharibədə şəhid olsaydı, məni yandırmazdı”

Prosesdə zərərçəkmiş şəxs qismində yanğın zamanı özünü binadan atan mərhum Yaşar Nəcəfzadənin anası Kifayət Nəcəfova ifadə verib: “Mənim evim yanıb, tifaqım dağılıb. Nə deyim axı? O cür savadlı, ağıllı balam əlimdən gedib. Əgər müharibəyə gedib şəhid olsaydı, məni bu cür yandırmazdı. Oğlum beş dəqiqənin badına getdi. Mənə olan olub, heç kimə qarşı şikayətim və tələbim yoxdur”.

“Oğlumun öldüyünü bir həftədən sonra öyrəndim”

Zərərçəkmiş Şahnaz Qəniyeva yanğın zamanı azyaşlı oğlunu itirdiyini deyib: “Yatmışdım, oğlum məni yuxudan oyatdı. Ayılanda gördüm ki, ev yanır. Uşağı götürüb qapıdan çıxdım, blok tüstü içərisində idi, evə qayıtdım. Binanın arxa tərəfi yanmırdı. Qışqırıb aşağıdan kömək istədim, sonra huşumu itirdim. Dörd-beş saatdan sonra gözümü xəstəxanada açdım, uşağı soruşdum. Mənə öldüyünü demədilər. Oğlumun öldüyünü bir həftədən sonra öyrəndim”.

“Soruşanda dedi ki, mən Yaşaram”

Bina sakini Hilal Rəsulov ifadəsində deyib ki, dama qalxanda Yaşar Nəcəfzadə ilə rastlaşıb: “Gördüm ev yanır, dama çıxmaq istədim. Yuxarı çıxanda Yaşarı gördüm. Yanında bir qadın və bir uşaq var idi. Deyəsən, o biri blokun sakinləri, hadisə nəticəsində ölən ana-bala idi. Tüstü olduğundan üzlərini görə bilmirdim. Heç Yaşarın da üzünü görmürdüm. Soruşanda dedi ki, mən Yaşaram”.

Rrosesdə Samirə və Fazil Həmidovlar da zərərçəkmiş qismində ifadə veriblər.

Məhkəmə prosesi zamanı Miryusif Mahmudovun səhhəti pisləşib. Proses yarıda saxlanılıb və məhkəməyə təcili tibbi yardım çağırılıb.

Daha sonra zərərçəkmiş Tofiq Mustafayev ifadə verib. O, ifadəsində Təhsil Nazirliyində işlədiyini və hadisə zamanı maşınının yandığını deyib: “Yanğın baş verən binanın qonşuluğunda iş yoldaşım yaşayırdı. Onu götürməyə getmişdim. Dedi ki, gəl bir stəkan çay iç. Birdən gördük ki, bina yanır. Maşını yanan binanın yaxınlığında saxlamışdım”.

Zərərçəkmişlər yanğın zamanı ölənlərin çoxunun tüstüdən boğularaq dünyasını dəyişdiklərini deyiblər.

Təqsirləndirilən Miryusif Mahmudovun vəkili İlhamə Həsənova vəsatət qaldırıb. Vəkil müdafiə etdiyi şəxsin ötən ilin mayında həbsdə olduğunu, bu müddətdə müxtəlif xəstəliklərə tutulduğunu, ürəyində problemləri yarandığını, son günlər daha da kəskinləşdiyini bildirib: “Xahiş edirik ki, onun müalicə müəssisəsinə yerləşdirilməsi məsələsinə baxasınız. Bir az əvvəl təcili tibbi yardım gəldi. Həkimin rəyinə görə təzyiqi 200 olub və ürək tutması olub”.

Hakim məhkumun hara köçürülüməsi ilə bağlı məsələnin onların səlahiyyətində olmadığını deyib:”Ancaq təcridxanaya bununla bağlı məktiub göndərəcəyik”.

Məhkəmə prosesi iyulun 28-də davam etdiriləcək.

Qeyd edək ki, ötən il mayın 19-da paytaxtın Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında ağır nəticələrə səbəb olmuş yanğın hadisəsi ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Qulluq mənafeləri tələb etdiyi halda səlahiyyətlərindən istifadə etməmələri nəticəsində vətəndaşların, dövlətin hüquqlarına və qanunla qorunan mənafelərinə mühüm zərər vurmalarında kifayət qədər əsaslar olduğundan binaların üzlənməsində istifadə olunan “poliuretan” məmulatını istehsal edən "Qlobal Stone" və "Global Constuction" MMC-nin təsisçisi Yusif Mahmudov, “Qlobal Stone” MMC-nin baş direktoru Uğur Bəşirov, “Global Construction” MMC-nin sədr müavini Ələkbər Əsgərov, 2012-2013-cü illərdə Binəqədi Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi işləmiş rayon İcra hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri Ədalət Rəcəbov, Binəqədi rayonu, 72 saylı Mənzil-kommunal istismar sahəsinin rəisi Nizami Orucov və binanın poliuretan materialla üzlənməsi işlərinə nəzarət funksiyalarını həyata keçirməli olan, 2012-2013-cü illərdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini işləmiş Qəzənfər Novruzov Cinayət Məcəlləsinin 225.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarları ilə 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Həmin müddət bir neçə dəfə artırılıb.

Bundan başqa, cinayət işinə "Dərnəgül Boru" Zavodunun laboratoriya rəhbəri Ağacavad Məmmədov və Səhiyyə Nazirliyi yanında Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru Akif Əlibəyov da cəlb edilib. Onlar barəsində həbs-qətimkan tədbiri seçilməyib.

Yanğın nəticəsində 15 nəfər ölüb, 50 nəfər xəsarət alıb.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
15 05 2024
15 05 2024
15 05 2024