Gədəbəydə "Son zəng" tədbirində insident olub.
Mediatv.az xəbər verir ki, hadisə rayonun Çaldaş kəndində qeydə alınıb. Məktəbdən kənarda keçirilən "Son zəng" şənliyində baş verən kütləvi davada 1996-cı il təvəllüdlü Yaşar Nəbiyev və onun əmisi oğlu 2001-ci il təvəllüdlü Röyal Nəbiyev bıçaqlanıb.
Y.Nəbiyev Gəncə şəhər Təcili Tibbio Yardım Xəstəxanasına, R.Nəbiyev isə Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Cinayəti törətməkdə şübhəli bilinən 1981-ci il təvəllüdlü Ramin Tağıyev və başqa bir nəfər saxlanılıb.
Faktlıa bağlı Gədəbəy rayon Polis Şöbəsində araşdırma aparılır.