Salyan rayonunun Kərimbəyli kənd sakini, 54 yaşlı Rəhimova Məhbubə Məzahim qızının üzərində zorakılıq əlamətləri olmayan meyiti ilgəklə asılmış vəziyyətdə dünən axşam saatlarında yaşadığı evdə aşkar edilib.
Mediatv.az xəbər verir ki, Virtualaz.org saytının Şirvan bürosuun əldə etdiyi məlumata görə, əri və oğlu Rusiyaya işləməyə getdiyindən qadın tək yaşayırmış və intihar hadisəsinin də 2-3 gün əvvəl baş verdiyi ehtimal edilir.
Faktla bağlı Salyan Rayon Prokurorluğunda araşdırma aparılır.