Mayın 17-nə keçən gecə Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ regionunda erməni əsgəri öldürülüb.
Mediatv.az: Virtualaz.org erməni KİV-nə istinadən xəbər verir ki, ölümcül güllə yarası alan 20 yaşlı Xaçatur Arutyunyandır.
Xatırladaq ki, bir az əvvəl Azərbaycanın Müdafiə Nazirliyi erməni silahlı bölmələrinin cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejiminini ümumilikdə 120 dəfə pozduğu barədə məlumat yayıb.