Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Hadisə (14-05-2016, 20:13)
Qəbiristanlıqda 400 nəfərin iştirakı ilə kütləvi dava

kutlevidava8İddiaya görə, iki nəfərin öldüyü davaya səbəb haqq yığmaq olub.

Mediatv.az xəbər verir ki, Rusiyanın paytaxtı Moskvada qəbiristanlıqda kütləvi dava düşüb. Ans press-in məlumatına görə, dava paytaxtdakı Xovanski qəbiristanlığında, mərkəzi girişin yanında baş verib. Odlu silah, dəyənəklərlə silahlanan iki qrup toqquşub.

Ans press-in Rusiya mətbuatına istinadla verdiyi məlumata görə, hadisə nəticəsində azı 2 nəfər ölüb. Onlardan birinin polis işçisi olduğu deyilir.

Yerli polis idarəsindən verilən məlumata görə, davada 200 insan iştirak edib. Onlardan 50-si saxlanılıb. On nəfər isə zərərçəkən var.

Daha öncə dava iştirakçılarının sayının 400-500 arası olduğu deyilirdi. Qəbiristanlıq əməkdaşları isə ölü sayının 10-dan artıq ola biləcəyini deyiblər.

İddiaya görə, davada Orta Asiya və Cənubi Qafqazdan olan miqrantlar, etnik qruplaşma nümayəndələri iştirak ediblər. Hadisənin qəbiristanlıqda haqq yığmaq üstündə düşdüyü güman edilir. Rusiya Daxili İşlər Nazirliyinin ilkin məlumatına görə, dava qəbiristanlığın xidməti ərazisinin bölüşdürülməsi üstündə düşüb.

Hadisə yerinə paytaxt polisinin rəisi Anatoli Yakunin də gəlib. Davanın qarşısı tamamilə alınıb. “Əməliyyat tədbirləri davam etdirilir”, – deyə hüquq-mühafizə orqanlarından bildirilib.

Hadisə yerinə xüsusi təyinatlılar da cəlb edilib.

шаблоны для dle 11.2

Xəbər lenti
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024