Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Hadisə (27-04-2016, 10:14)
Tərtərdə top atəşi yarımstansiyanı sıradan çıxardıb - 11 kənd işıqsız qalıb

 

Son bir sutkada ermənilərin cəbhənin Tərtər rayonunun cəbhəboyu kəndlərini atəşə tutması nəticəsində 8 fərdi yaşayış evinə ciddi ziyan dəyib.

 

Mediatv.az xəbər verir ki, bu barədə "Report"a açıqlamasında Tərtər Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Müstəqim Məmmədov məlumat bildirib.

Onun sözlərinə görə, rayonun Seyidinli, Qapanlı, Qazıyan, Seysulan, Çiləbürt, Yarımca, Göyarx kəndlərində bir neçə fərdi yaşayış evinə "qrad" mərmisi düşüb: "Ermənilərin atdığı "qrad" mərmilərindən biri İsmayılbəyli kəndində 35 kilovatlıq elektrik yarımstansiyasının yaxınlığında partlayıb. Yarımstansiyanın tamamilə sıradan çıxması nəticəsində 11 kənd elektrik enerjisiz qalıb".

O qeyd edib ki, hazırda yarımstansiyada təmir-bərpa işləri aparılır: "Artıq bir neçə kənd elektrik enerjisi ilə təmin olunub. Günün birinci yarısında digər kəndlərə də elektrik enerjisinin verilməsi bərpa olunacaq. Dəymiş ziyanla bağlı Tərtər Rayon Fövqəladə Hallar Komissiyasında araşdırmalar aparılır".

Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyininin mətlumatına əsasən, aprelin 26-sı axşam saatlarından başlayaraq gecəyədək erməni silahlı bölmələri tərəfindən Tərtər rayonu ərazisində yerləşən yaşayış məntəqələri və mövqelərimiz 82 və 120 millimetrlik minaatanlardan, həmçinin 122 millimetrlik D-30, 152 millimetrlik D-20 haubitsalarından və BM-21 yayılım atəşli reaktiv sistemlərdən atəşə tutulub. Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitinə uyğun olaraq düşmənin ancaq hərbi obyektlərinə adekvat cavab zərbələri endirib. Müdafiə Nazirliyi bildirir ki, cəbhə xəttində baş verən hadisələrə görə məsuliyyəti Ermənistanın kriminal hərbi-siyasi rəhbərliyi daşıyır.

шаблоны для dle 11.2

Xəbər lenti
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024