Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Hadisə (11-03-2016, 21:16)
MTN generalı Əfqanıstana pul ilə dolu vertolyotu niyə göndərirdi? - FOTOLAR

 

 

MTN generalı Əfqanıstana pul ilə dolu vertolyotu niyə göndərirdi? - FOTOLAR

 

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin istefada olan yüksək rütbəli zabiti, bu kəşfiyyat strukturunun Əməliyyatlar Direktorluğunda (Directorate of Operations) 35 il xidmət edən, Yaxın Şərq bölməsinin direktor müavini işləyən Gary C. Schroen sonradan Azərbaycan xüsusi xidmət orqanlarında general-leytenant olan KQB polkovniki ilə təmasını açıqlayıb.
Mediatv.az Virtualaz.org-a istinadən xəbər verir ki, 2001-ci ildə MKİ-nin Əfqanıstana ilk müdaxiləsinə rəhbərlik edən, “Taliban” rejiminin devrilməsindən iki həftə sonra Tora-Bora mağaralarında Üsəma bin Ladenin ovuna çıxan bu məşhur kəşfiyyat zabiti Nebraska ştatındakı Linkoln universitetinin tələbələri qarşısında çıxışı zamanı bu haqda danışıb.  Onun tələbələr qarşısında çıxışından “Lincoln Journal Star” yazır.
Gary C. Schroen 1999-cu ildə MKİ-nin Əməliyyatlar Direktorluğunun Yaxın Şərq bölməsinin rəis müavini olub, 2001-ci ilə qədər bu vəzifəni icra edib. Bundan əvvəl də MKİ-nin mənzil-qərargahında işləyib. 80-ci illərin sonlarında Kabildəki MKİ rezidenturasına başçılıq edib. İslamabadda, Pakistanın şimalında Amerika agentura şəbəkəsinə rəhbərliyi həyata keçirib. 
2001-ci ildə ABŞ-ın Əfqanıstana müdaxiləsindən sonra Bin Laden yaxalamaq üçün MKİ-nin başlatdığı əməliyyatlara rəhbərlik edib. Bu zaman o, sovet-əfqan müharibəsi zamanı MKİ-yə işləyən mücahid komandirlərlə əlaqələri bərpa etməyə başlayıb.
2003-cü ildə “Əl-Qaidə”nin Afrika bölməsi olan “Əş-Şabab” qruplaşması Gary C. Schroen-i öldürdüyünü açıqlamışdı. Lakin MKİ zabiti sağdır və martın 10-da axşam Linkoln universitetinin tələbələri qarşısında çıxış edərək karyerası ərzində kəşfyyatçılarla siyasətçilərin arasında şahidi olduğu ziddiyətlər haqda danışıb.
Gary C. Schroen sovet-əfqan müharibəsi zamanı mücahidlərə silah və geyim, dərman və digər materiallar verib. O deyir ki, ABŞ kəşfiyyatının dəstəyi bu müharibənin gedişini dəyişdirdi. Mücahidlər ABŞ-dan aldıqları raketlərlə 600-a yaxın sovet təyyarəsini v vertolyotunu vurdular. Gary C. Schroen sovet qoşunlarının Əfqanıstandan çıxarılması ilə SSRİ-nin dağılması prosesinin başladığını deyir.
Bin Ladenin yaxalanması üçün həyata keçirilən əməliyyat haqda danışan Gary C. Schroen deyib ki, bu əməliyyata Mərkəzi Kəşfyyat idarəsinin üç komandası cəlb olunmuşdu, onlara xüsusi təynatlılar və əfqan qəbilələrinin seçilmiş üzvləri kömək edirdi. Tora-Bora mağaralarında bin Ladenin yaxalanması an məsələsi idi, lakin kəşfiyyatçı xatırlayır ki, MKİ-nin muzdla tutduğu əfqanlar 2001-ci il dekabrın 16-da onun qaçmasına imkan yaratdılar.
Gary C. Schroen tələbələrə danışıb ki, 1979-cu ilin Yeni il ərəfəsində sovet ordusu Əfqanıstana müdaxilə edəndə və bütün ölkə boyu aerportlada minlərlə hərbçi yerləşdirəndə o da Kabilə ezam edildi. Bu zaman Gary C. Schroen KQB polkovniki ilə görüşür, polkovnik onu Əfqanıstan prezidentinin sarayına aparır və prezidenti ailəsi ilə birlikdə necə ələ keçirib edam etdiklərini danışır.
Gary C. Schroen deyib ki, o, həmin KQB polkovniki ilə sonralar yenidən Azərbaycanda görüşüb. “Polkovnikdən general-leytenant olmuşdu. Qəribə oğlan idi”-MKİ zabiti xatırlayıb.
Söhbət zamanı Gary C. Schroen və həmin KQB polkovniki anlayıblar ki, onlar Əfqanıstanda eyni agentlə işləyirmişlər. “O dedi: mən hər ay ona bir vertolyot dolu əfqan pulu göndərirdim. Mən isə dedim ki, həmin agentlə ayda bir dəfə görüşürdüm və ona hər dəfə bir kisə dolu dollar verirdim”-Amerika kəşfiyyatçısı azərbaycanlı KQB polkovniki ilə söhbətini xatırlayaraq deyib.
Söhbət zamanı kəşfiyyat zabitləri aydınlaşdırıblar ki, əslində həmin əfqan agentdən heç bir faydalı informasiya ala bilməyiblər. “Mən dedim ki, ancaq mən sizin əldə etdiyinizdən ucuz heç nə ala bilmədim”-MKİ zabiti xatırlayır.
Xatırladaq ki, 2001-ci il 11 sentyabr terror hücumlarından sonra Azərbaycan ABŞ-ın başlatdığı antiterror əməliyyatlarına dəstək verən ilk ölkələrdən biri olub. Həmin dövrdə Azərbaycan və ABŞ xüsusi xidmət orqanları arasında “Əl-Qaidə”yə qarşı mübarizədə sıx əməkdaşlıq var idi. 
Bu əməkdaşlıq çərçivəsində MKİ Bakıda təhlükəli “Əl-Qaidə” terrorçularını yaxalamaq üçün məxfi əməliyyatlar keçirmişdi. Ehtimal ki, Gary C. Schroen həmin dövrlərdə Azərbaycanda olub.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024