Mediatv.az saytı APA-ya istinadən xəbər verir ki, hadisə martın 8-də saat 06 radələrində rayonun Kiş kəndində qeydə alınıb.
Kiş kənd sakini, 1954-cü il təvəllüdlü Ələsgər Əsgər oğlu Niyzarovun meyiti yaşadığı evin həyətindəki mal tövləsində ailə üzvləri tərəfindən aşkar edilib.
İntiharın səbəbləri hələlik məlum deyil.
Faktla bağlı Şəki rayon prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.