Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Hadisə (25-02-2016, 15:16)
Ukraynalı pilot Xocalı faciəsi haqda: “Bu, əsl cəhənnəm idi”

 

“Xocalı ən qanlı faciə idi, beləsini mən heç filmlərdə də görməmişdim”.

 

Mediatv.az xəbər verir ki, bunu virtualaz.org saytına ermənilər tərəfindən 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə Xocalıda dinc əhaliyə qarşı törədilmiş qətliamın canlı şahidi, ukraynalı pilot Leonid Kravets deyib.

Onun sözlərinə görə, o vaxt prezident Ayaz Mütəllibovun xahişi ilə jurnalist Çingiz Mustafayev və xarici jurnalistlərlə birgə onlar faciənin baş verdiyi yerə yollanıblar.

“Bu, əsl cəhənnəm idi. Mən inana bilmədim ki, bunu insanlar törədiblər. Ermənilər bilərəkdən dinc sakinləri öldürmüşdülər. Bütün müharibələrdə qaçqınlara çıxıb getməyə şərait yaradılır, lakin Xocalıda bu edilməmişdi”, - pilot belə deyir.

Kravets qeyd edib ki, gördüklərindən az qala dəli olacaqmış, şokda imiş, halbuki, hərbçi emosiyalarını büruzə verməməyi bacarmalıdır.

“Beynəlxalq ictimaiyyətin bu faciəni tanıyıb-tanımamasından asılı olmayaraq, onun miqyası kiçilən deyil. Heç bir günahı olmayan insanlar öldürülmüşdü”, - Kravets deyib.

O həmçinin bildirib ki, ermənilər onların vertolyotunu vurub salmaq istəyiblər.

“Biz güclə salamat qaldıq, çünki ermənilər bizi fasiləsiz atəşə tutmuşdular. Xocalı qətliamı ən qanlı faciələrdən biri, Azərbaycan xalqının heç zaman sağalmayacaq əbədi yarasıdır”, - ukraynalı pilot belə deyib.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024