Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Hadisə (22-02-2016, 17:31)
Vergidən yayınan iki şirkətə cinayət işi açıldı

Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti tərəfindən “Bakı Elektriktökmə” ASC-də ümumilikdə külli miqdar təşkil edən 370 min manat məbləğində vergilərin dövlət büdcəsinə ödənilməkdən yayındırılması faktı üzrə Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsinə əsasən cinayət işi başlanıb.

Mediatv.az-a Nazirliyin Analitik-informasiya şöbəsindən verilən məlumata görə, istintaqla müəyyən edilib ki, “Bakı Elektriktökmə” ASC-nin 29.12.2005-17.09.2012-ci il tarixlərdə sədri vəzifəsində işləmiş Məmmədov Şamil Cəbrayıloviç Vergi Məcəlləsinin 16.1.1-ci, 16.1.3-cü, 16.1.7-ci, 92-ci, 103.1-ci, 104-cü, 105.1-ci, 130.1-ci, 130.2-ci, 153-cü, 154-cü, 159-cu, 161-ci, 166-cı, 173-178-ci, 196-cı, 197-ci, 201-ci və 202-ci maddələrinin tələblərini pozaraq, vergi orqanına təqdim etdiyi bəyannamələrə bilərəkdən təhrif olunmuş məlumatlar daxil etməklə və bəyannamə təqdim etməməklə ümumilikdə külli miqdar təşkil edən 308,3 min manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayındırıb.

Departament tərəfindən 31 avqust 2015-ci il tarixdə Ş.Məmmədovun 213.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərar qəbul edilib. Lakin o, istintaqdan gizləndiyinə görə, ittiham elan etmək mümkün olmadığından, həmin tarixdə Ş.Məmmədov barəsində Cinayət-Prosessual Məcəllənin 278-ci maddəsinə əsasən axtarış elan edilib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 11 fevral 2016-cı il tarixdə Ş.Məmmədov Departamentin əməkdaşları tərəfindən tutularaq istintaqa cəlb olunub və elə həmin gün də təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsi ilə ittiham elan olunub.

Ş.Məmmədovun az ağır cinayət əməli törətdiyini, daimi yaşayış yerinin olduğunu, törətdiyi cinayət əməlinin xarakterini, azadlıqda qalarsa istintaq və məhkəmə orqanlarından qaçıb gizlənməyəcəyini, eyni zamanda dövlət büdcəsinə ödəməkdən yayındırdığı vergilərdən 50 min manat məbləğində olan hissəsini könüllü olaraq dövlət büdcəsinə ödədiyini nəzərə alaraq, onun barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilib.

Departament tərəfindən digər bir cinayət işi “ES Qrup Konstrakşn” MMC-də külli miqdar təşkil edən 70,6 min manat məbləğində vergilərin dövlət büdcəsinə ödənilməkdən yayındırılması faktı üzrə Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsinə əsasən başlanıb.

İstintaq zamanı müəyyən edilib ki, müəssisənin direktoru Səfərov Elçin Hüseyn oğlu cəmiyyətin qeydiyyatda olduğu vergi orqanına təqdim etdiyi bəyannamələrə gəlirlər və xərclər barədə qəsdən təhrif olunmuş məlumatları daxil etməklə cinayət əməli törədib.

Departament tərəfindən 7 dekabr 2015-ci il tarixdə E.Səfərovun təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərar qəbul edilib, lakin olduğu yer müəyyən edilmədiyi və istintaqa cəlb olunmadığı üçün ona ittiham elan etmək mümkün olmayıb. Elə həmin tarixdə onun barəsində axtarış elan edilib.

11 fevral 2016-cı il tarixdə E.Səfərov Departamentin əməkdaşları tərəfindən tutularaq müvəqqəti saxlanılması üçün Yasamal Rayon Polis İdarəsinə təhvil verilib. Cinayət işi üzrə dayandırılmış icraat təzələnib və ona Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsi ilə ittiham elan olunub.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024