Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Hadisə (17-02-2016, 17:49)
“Günəşli” faciəsi: Neftçilərin axtarışı dayandırılıb?

1467276444bd5351ece740

“Günəşli” yatağında yerləşən 10 saylı dərin dəniz özülündə baş verən yanğın zamanı itkin düşən neftçilərin axtarışı dayandırılıb.

Mediatv.az xəbər verir ki, İtkin neftçilərin ailələrindən Modern.az saytına verilən məlumata görə, artıq uzun müddətdir ki, nə gəmilər, nə təyyarələr, nə də dalğıclar axtarış aparır. Ailələr itkinlərin tapılacağından əllərini üzdüklərini qeyd ediblər.
Deyilənlərlə bağlı Fövqəladə Hallar Nazirliyindən Modern.az saytına məsələni nə təsdiq, nə də təkzib ediblər. Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı da məsələ ilə bağlı modern.az saytına ailələrin narahatlıqlarını bildirib.
O, neftçi ailələrinə yalnız Dövlət Neft Şirkətinə (SOCAR) deyil, eyni zamanda Fövqəladə Hallar Nazirliyinə də müraciət etməyi tövsiyə edib:
“Düzdür, itkin düşənlər SOCAR-ın işçisi olub, amma axtarışları Fövqəladə Hallar Nazirliyi aparırdı. Sözügedən nazirlik isə nədənsə susur. Axtarışları dayandırma səbəbini açıqlamır.
Dövlət Neft Şirkəti isə özünün müvafiq texnikası olmadığı üçün axtarış apara və ailələrə bununla əlaqədar cavab verə bilmir. Çox təəssüflər olsun ki, nazirlik susur və eyni zamanda ailələr ora getmir. Ailələri başa düşürəm. Müvafiq qurumlar ola bilər sentyabrın 20-də (neftçilər günü) yaxud dekabrın 4-də (qəza baş verən gün) neftçiləri xatırladılar… Amma unudulacaqlar! Çünki, biz unutqan xalqıq”.
Ötən il dekabrın 4-də güclü qasırğa zamanı “Günəşli” yatağında yerləşən 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində platformada olan 63 işçidən 33 nəfəri xilas olunub, 12 nəfəri həlak olub, 18 nəfər itkin düşüb.

* * *

“Dekabrın 4-də təbii fəlakət nəticəsində Neft Daşlarındakı 501 və ”Günəşli” yatağındakı 10 saylı dəniz özüllərində baş vermiş qəzalar nəticəsində itkin düşmüş neftçilərin axtarışı davam edir.”
Bu barədə APA-ya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən bildirilib. Qeyd olunub ki, nazirliyin aidiyyəti qurumları itkin düşmüş neftçilərin axtarışını hər gün davam etdirir.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024