"Unikal"ın Şimal bürosunun məlumatına görə, Qusar - Şahdağ avtomobil yolunda, hava şəraitinin dumanlı olması səbəbdən "Nissan Patrul" markalı minik avtomobili ötmə əməliyyatı edərkən idarəetməni itirərək hərəkətdə olan "Mercedes Viano" markalı sərnişin mikroavtobusuna dəyib, daha sonra isə yol kənarındakı ağaca çırpılıb. 

Qəza zamanı Bakı şəhər sakini 2014 -cü il təvəllüdlü Əliyev Ziya Əziz oğlu hadisə yerində ölüb

Faktla bağlı araşdırma aparılır.