Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Hadisə / Slayd (27-06-2024, 10:25)
Leysan Məmmədovun oğlu “Sea Breeze”də yenidən dava saldı

Leysan Məmmədovun oğlu “Sea Breeze”də yenidən dava saldı
Ötən ilin yayında “Sea Breeze”də baş verən kütləvi dava və bununla bağlı məhkəmə işi ölkədə ciddi səs-küy yaratmışdı. Hadisənin təfərrüatı ilə bağlı cumhuriyyet.az bildirir ki, Elnur Məmmədov qohumu Vüqar Tağıyev və dostu Cavad Muradovla restoranda əyləşiblər. Bu vaxt qonşu masada Elmir İsmayılov adlı şəxs dostları ilə birgə olub. Vüqar Tağıyev Elmir İsmayılovu əvvəldən tanıdığından onu özünün olduğu masaya dəvət edib. Vüqar Tağıyevin dəvətini qəbul edən Elmir İsmayılov əlində qədəh masaya yaxınlaşıb, süfrə ətrafında olanlarla salamlaşıb. Elnur Məmmədov onun salamına nalayiq söyüşlər işlətməklə cavab verib.

Nəticədə Elmirlə Elnurun arasında mübahisə yaranıb. Vüqar Tağıyev araya girərək Elnur Məmmədovun içkili olduğunu, hərəkətlərinə, danışığına nəzarət edə bilmədiyini deməklə Elmir İsmayılovdan üzr istəyib. Bir müddət sonra Elmir İsmayılov ayıq sürücü çağırıb, bundan sonra restorandan çıxıb. Buna baxmayaraq, Elnur Məmmədov Elmir İsmayılovu təqib edərək söyüşlərini davam etdirib. Yaranmış mübahisəyə digərləri də qoşulub. Məlumata görə, sərxoş halda olan Elnur Məmmədov mübahisə zamanı Elmir İsmayılovu gözdən itirib və onu axtararkən qarşısına çıxanlarla da mübahisə etməyə, onlara da yumruq, təpik atmağa başlayıb. Onun bu hərəkətləri “Sea Breeze”dəki nəzarət kameralarına da düşüb və mətbuatda da yayılıb.



Mübahisədə ara sakitləşəndən sonra Elmir İsmayılov dayanacağa gedərək özünə məxsus avtomobilə əyləşib və ayıq sürücü ilə dayanacağın çıxışına tərəf sürüb. Həmin vaxt restoranın dayanacağında sıxlıq olduğundan bir qədər ərazidə ləngiyib. Bu zaman Elnur Məmmədov Elmir İsmayılovun maşınının qarşısını kəsib, ərazidən uzaqlaşmağa çalışan Elmir İsmayılovu avtomobildən düşürüb, ona zərbələr vurub. Elmir İsmayılovun avtomobilinə də vurulan zərbələrlə yarasız hala salınıb.

Mübahisənin səhəri gün Elnur Məmmədov spirtli içkinin təsirindən ayılıb və dostu Cavad Muradovun təşəbbüsü ilə tərəflər görüşüb, barışıblar. Birinci cinayət işində Elnur Məmmədov tərəfindən təhqir edilən, avtomobili əzilən Elmir Üzeyir oğlu İsmayılov, Peyman Rəhman oğlu Vəlizadə, Məhəmməd Natiq oğlu Həsənzadə və Sumqayıt məktəblərindən birinin 10-cü sinif şagirdi M.Ə təqsirləndirilən şəxs, davanın səbəbkarı Elnur Leysan oğlu Məmmədov və dostu Cavad Vahid oğlu Muradov zərərçəkən kimi tanınıblar.

Binəqədi Rayon İcra Hakimiyyəti başçısının sabiq müavini Leysan Məmmədovun oğlu Elnur Məmmədovun adı yenidən dava-dalaşda hallanır. Belə ki, ötən ilin bu günlərində Bakının məşhur “Sea Breeze” İstirahət Mərkəzində dava salması ilə gündəmə gələn Elnur Məmmədov yenidən eyni məkanda qovğanın mərkəzi fiquru olub. Ölkə mediasında yer alan məlumatlara istinadən cumhuriyyet.az bildirir ki, iyunun 15-də mühafizəçisi Həbiblə birgə “Sea Breeze”yə gələn Elnur Məmmədov oradakı “Rose Bar”da gecədən xeyli keçmişə qədər əylənib. Bir qədər kefləndikdən sonra ətrafdakılarır, əyləncə məkanının sahiblərinin ünvanına söyüşlər söyüb, aqressiv hərəkətləri ilə diqqət çəkib. Onu sakitləşdirməyə çalışan “Rose Bar” mühafizəçilərinin ictimai qaydaya hörmətli yanaşılması tələbinə də kəskin söyüşlərlə reaksiya verib. Məsələ istirahət mərkəzinin rəhbərliyinə çatdırılandan sonra Elnur Məmmədovla mühafizəçisi Həbibi əyləncə məkandan ümumi qaydalara uyğun olaraq uzaqlaşdırıblar.
Qeyd edək ki, ötən il də Elnur Məmmədov “Rose Bar”da dava salmışdı. Davanın videosu yayılandan sonra onun dostları və tanışları həbs edilmiş, özü isə istintaqdan kənarda saxlanılmışdı. Belə görünür ki, oliqarx oğlu ötən ilki hoqqasından sonra himayəçisinin sayəsində azadlıqda qalmasını yetərincə dəyərləndirib və yenidən “Rose Bar”ı qarışdırmaq kimi bir yeni hoqqaya baş vurub. Himayəçisinə, arxa-dayağına əhsən…

cumhuriyyet.net



шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024