Şəkidə  ev yanıb

Mediatv.az xəbər verir ki, yanğın hadisəsi səhər saatlarında   rayonun  Şəki  kəndində, kənd sakini  Vasif Nəzir oğlu Əhmədova məxsus, ümumi sahəsi 135 kv/m olan kürsülü birmərtəbəli 3 otaqlı yaşayış evində baş verib. 

Yanğının söndürülməsi üçün əraziyə Fövqaladə Hallar Nazirliyinin (FHN) Şəki və Yevlax rayonlarının  Dövlət Yanğından Mühafizə Hissələrinin  yanğınsöndürən maşını və  şəxsi heyəti cəlb edilib. Yanğın nəticəsində evin  90 kv/m-lik sahəsinin yanar konstruksiyaları və ev əşyaları yanıb. Evin qalan hissəsi və yaxınlıqdakı digər tikililər yanğından mühafizə olunub.  Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.