Hadisə (1-08-2023, 08:12)
Surət Hüseynov necə vəfat edib? - Təfərrüat
Xəbər verdiyimiz kimi, ötən gün sabiq Baş nazir Surət Hüseynov İstanbulda müalicə olunduğu xəstəxanada vəfat edib.
Mediatv.az Türkiyənin "Cümhuriyyət" qəzetinə istinadən xəbər verir ki, S. Hüseynov dünən səhər saatlarında İstanbul hava limanında şüurunu ani itirməsi və ürəyinin dayanması səbəbi ilə xəstəxanaya gətirilib, bütün müdaxilələrə baxmayaraq vəfat edib.
Belə ki, o, əvvəlcə İstanbuldakı Arnavutköy Dövlət xəstəxanasına, ordan isə Medipol Mega Üniversitetinin xəstəxanasına aparılıb.
Bildirilib ki, S. Hüseynovun ilk müayinədə huşu, təbii tənəffüsü və ürək döyüntüsü olmayıb. Bu vəziyyətdə reanimasiya müdaxiləsi davam etdirilib və lazımi tibbi müalicələr aparılıb.
Onun nəşinin tibbi ekspertizaya göndərildiyi qeyd olunub.
Xatırladaq ki, 64 yaşlı S.Hüseynov bu gün Gəncə şəhərində 4 saylı qəbristanlıqda ata və anasının məzarı yanında dəfn olunacaq.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
21 11 2024