Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Gündəm (4-10-2014, 13:47)
“Onların həyatı təhlükə altındadır” – Qənirə Paşayeva

 

Millət vəkili Qənirə Paşayeva Avropa Şurası Parlament Assambleyasında çıxışı zamanı Assambleya üzvlərinə və məruzəçi Stefana müraciət edib. 

 

Mediatv.az a daxil olan məlumata görə, deputat deyib ki, Dilqəm Əhmədovun və Şahbaz Quliyevin həyatı ciddi təhlükə altındadır: “Ermənistanın girov götürdüyü Dilqəm Əhmədov və Şahbaz Quliyevə qarşı insanlıqdan kənar addımlar atılır, əziyyət verilir ki, bu da bütün beynəlxalq norma və prinsiplərə ziddir. Ermənistan həmin zaman girov götürdüyü digər bir azərbaycanlını Həsən Həsənovu vəhşicəsinə qətlə yetirib və bu gün də Dilqəm Əhmədov və Şahbaz Quliyevə əzab-əziyyət verilir, onlara qarşı insanlıqdan kənar əməllər davam edir. 

Bu adamların heç bir günahı yoxdur. Bu adamlar öz torpaqlarını, öz evlərini itiriblər, çünki Ermənistan onların torpaqlarını, evlərini işğal edib. İşğal altındakı evini 20 ildən artıq görə bilməyən insan öz həyatını təhlükə altına ataraq evini görməyə gedib sadəcə. Çünki artıq dözə bilmir. Amma ona qarşı Ermənistan bilirsinizmi nə edir? Girov götürüb, ona qarşı qeyri-insani hərəkətlər edirlər. Bu adamlar bu günə qədər girovluqdan azad edilmirlər. 

Biz Avropa Şurasını və cənab məruzəçi cənab Stefanı onların girovluqdan azad edilməsi üçün təcili addımlar atmağa çağırırıq. Biz eyni zamanda Assambleyanı vəziyyətin daha da gərginləşməməsi üçün önəmli addımlar atmağa çağırırıq”.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024