Gündəm (5-08-2016, 14:48)
Səlcuk Akat: “Azərbaycanda növbəti özəlləşdirmə prosesində yaxından iştirakda maraqlıyıq”
Türk iş adamları Azərbaycanda növbəti özəlləşdirmə prosesində yaxından iştirakda maraqlıdır.
Mediatv.az xəbər verir ki, bunu Türkiyə-Azərbaycan Biznes Şurasının sədri Səlcuk Akat açıqlamasında deyib. Onun sözlərinə görə, Türk iş adamları Azərbaycanda növbəti özəllşmə paketinin açıqlanmasını səbrsizliklə gözləyirlər: “Biz də olan məlumata görə, hazırda Azərbaycan hökuməti çox ciddi strateji iqtisadi islahatlar paketi hazırlayır. Bu islahatlar paketi yaxın aylarda hazır olacaq və cəmiyyətə açıqlanacaq. Hesab edirik ki, Azərbaycan hökuməti payızda növbəti özlləşmə paketini açıqlayacaq. Türk iş adamları özəlləşmə prosesində iştirakda maraqlıdır və onlar bu islahatlar paketinin açıqlanmasını gözləyirlər”. S.Akat onu da əlavə edib ki, Azərbaycan iş sərmayədarlarının Türkiyə iqtisadiyyatına investisiya qoyuluşunda maraqlıdırlar: “Baxmayaraq ki, Azərbaycan Türkiyəyə ən iri sərmayə yatıran əsas ölkələrdən biridir. Amma biz bunu yetərli hesab etmirik. İqtisadi əlaqələrin inkişaf etdirilməsi üçün daha böyük potensial var və bundan yararlanmalıyıq”. S.Akat hazırda Azərbaycanda Vergilər Nazirliyindən rəsmi qeydiyyatdan keçən 1685 Türk iş adamlarına məxsus şirkəti fəaliyyət göstərdiyini deyib. “Bu şirkətlər inşaat, logistika, turizm və başqa sahələrdə çalışırlar”- deyə, o, vurğulayıb.