Gündəm (14-07-2016, 15:18)
“Biz çox ciddi tapşırıqlar verdik” –Prezident İlham Əliyev
“Biz çox ciddi tapşırıqlar verdik və şübhəm yoxdur ki, bu tapşırıqların yerinə yetirilməsi nəticəsində ölkələrimiz bir-birinə daha yaxın olacaq və ticarət dövriyyəsi artacaq. Çünki ticarət dövriyyəsinin səviyyəsi nə Azərbaycanı, nə də Ukraynanı qane edir”.
Mediatv.az xəbər verir ki, bu sözləri Azərbaycan prezidenti İlham Əliyev Ukrayna prezidenti Pyotr Poroşenko ilə keçirdiyi birgə mətbuat konfransında bildirib.
O deyib ki, danışıqlar nəticəsində birgə investisiya layihələri ilə bağlı tapşırıqlar verilib: “Hər iki ölkənin investisiya potensialının yenidən nəzərdən keçirilməsi üçün tapşırıq verilib, çünki bu məsələdə qarşılıqlı maraq mövcuddur”.
Azərbaycanın dövlət başçısı SOCAR-ın Ukrayna bazarında aktiv fəaliyyət göstərdiyini və Ukraynada 60-dan çox yanacaqdoldurma məntəqəsi açaraq, bu ölkəyə 200 milyon dollardan çox investisiya yatırdığını vurğulayıb.
APA