Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Gündəm (18-05-2016, 12:51)
İlham Əliyev AŞPA-nın fəxri sədri ilə görüşdü

Prezident İlham Əliyev mayın 18-də Maastrixt Menecment Məktəbinin prezidenti, Niderland Krallığı Senatının sabiq sədri, AŞPA-nın fəxri sədri Rene van der Lindeni qəbul edib.

Mediatv.az  xəbər verir ki, Azərbaycan ilə Niderland arasında əlaqələrin fəal şəkildə inkişaf etdiyini vurğulayan Dövlət başçısı bu işdə Rene van der Lindenin səylərini yüksək qiymətləndirib.

Ölkələrimiz arasında qarşılıqlı maraq doğuran məsələlərin daim artdığını deyən Prezident İlham Əliyev iki dövlətin biznes sahəsində əməkdaşlığına toxunaraq getdikcə daha çox Niderland şirkətinin Azərbaycanda fəaliyyət göstərdiyini qeyd edib. 

Niderlandın Maastrixt Universiteti ilə Azərbaycanın “ADA” Universiteti arasında qurulan əlaqələrin strateji əhəmiyyət daşıdığını vurğulayan dövlətimizin başçısı bütün bunları əməkdaşlığımızın müsbət göstəriciləri kimi dəyərləndirib.

Azərbaycanın ölkəsi ilə əməkdaşlığından məmnunluğunu ifadə edən Rene van der Linden bu əməkdaşlığa, xüsusən Niderlandın Limburq vilayəti ilə qurulan əlaqələrə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib. Rene van der Linden hər iki tərəfin bu əlaqələrin inkişafı istiqamətində səylərini əsirgəmədiyini deyib.

Görüşdə Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığı, o cümlədən Azərbaycan ilə Niderland arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə genişləndirilməsi, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024