"BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun Bakı bəyannaməsi qəbul edilib".
Mediatv.az xəbər verir ki, bunu BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nasir Əbdüləziz Əl-Nasir Bakıda UNAOC Dostları Qrupunun Yüksək Səviyyəli Toplantısı (BMT-nin Sivilizasiyalar Alyansı) zamanı deyib.
O, qrupun konsensus əldə etdiyini, nəticədə də Bakı bəyannaməsinin qəbul edildiyini bildirib.
Xatırladaq ki, bir müddət əvvəl Ermənistan Xarici İşlər Nazirliyi BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunda iştirakdan imtina edərək tərəflərin konsensus əldə etməyəcəyi və forumun bəyannaməsinin qəbul olunmayacağı ilə bağlı bəyanat yaymışdı. (“Report”)