Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Gündəm (5-04-2016, 18:16)
"Ermənistan qoşunları bütün işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalıdır"


 

Bunu Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini ilə telefonla danışığı zamanı Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib.

Mediatv.az Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, E.Məmmədyarov qoşunların təmas xəttində yaranmış gərginliklə əlaqədar xanım F.Mogeriniyə məlumat verib. Bildirib ki, Ermənistan silahlı qüvvələrinin cəbhəyanı ərazilərdə sıx məskunlaşan mülki əhalini və mülki obyektləri hədəfə alaraq, Azərbaycan silahlı qüvvələrinin qoşunların təmas xətti boyunca mövqelərini ağır silahlardan intensiv atəşə tutması nəticəsində bir neçə mülki şəxs həlak olub və yaralanıb.

Gərginliyin yaranmasının əsas səbəbinin Ermənistan qoşunlarının işğal olunmuş Azərbaycan ərazilərində qeyri-qanuni mövcudluğu olduğunu diqqətə çatdıran nazir gərginliyin aradan qaldırılması və münaqişənin həllində irəliləyişə nail olunması üçün Ermənistan qoşunlarının bütün işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalı olduğunu vurğulayıb.

Nazir əlavə edib ki, münaqişənin həlli istiqamətində ciddi siyasi proses başlamalıdır.

E.Məmmədyarovun həmkarları ilə intensiv təmasları davam etdirilir.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024