Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Gündəm (27-01-2016, 14:50)
Milli Məclisdə gərgin müzakirə

“Magistr təhsilini bitirən məzunların demək olar ki, 25-30 faizi doktorantura təhsilini davam etdirir. Yerdə qalan 70 faiz isə bu sahəyə maraq göstərmir”.

 

Mediatv.az xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli komitə iclasında “Elm haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib. 


Komitə sədrinin sözlərinə görə, bu məsələ ilə bağlı cəmiyyətdə fikirayrılığı mövcuddur: “Dövlət qulluğunda iştirak edən magistrların əksəriyyəti yüksək bal toplayır. Bunun nəticəsində onlar işlə təmin oluna bilirlər Onların dövlət işlərində çalışmasının əleyhinə deyilik. Ancaq eritaf edək ki, bu gün elmə gələn magistrların sayı dövlət qulluğunda işləyənlərin sayından dəfələrlə azdır. Çünki dövlət işində maaş yüksək olur. Bu da istər-istəməz gənc elmi kadrların akademiyaya gəlməsinə maneçilik törədir”. 

İ.Həbibbəyli AMEA-ya gənclərin axınını təmin etmək üçün magistratura pilləsinə qəbulun iki istiqamətdə aparılmasını zəruri hesab edir.

Komitə sədri qeyd edib ki, təhsil müddətini ixtisas magistri üçün 2, tədqiqat magistri üçün 1 il nəzərdə tutulan müddəa qanun layihəsindən çıxarılıb: “Hesab etdik ki, bu prosedur Təhsil Nazirliyində icraçı təşkilatın özünün əsasnaməsi və nizamnaməsi ilə tənzimlənə bilər. Ona görə də müddət limiti layihədən çıxarıldı”. 

Təhsil Nazirliyinin Aparat Rəhbəri Mətin Eynullayev deputatın magistraturaya qəbulun iki istiqamətə bölünməsi ilə bağlı təklifini məqbul saymayıb. Nazirlik rəsmisi bildirib ki, ixtisas magistri olan şəxslərin gələcəkdə elmi fəaliyyətlə məşğul ola bilməməsi düzgün deyil: “Bu qərarla sonradan elmə qayıtmaq istəyən şəxslərin yolunu bağlamış olarıq. Odur ki, həmin imkanı və şansı onların əlindən almaq olmaz. Misal olaraq, bir şəxs müəyyən müddət üçün bizneslə məşğul olur və 10-15 il sonra elmi fəaliyyətə qayıtmaq istəyirsə, biz bu qərarla onların yollarını bağlamış oluruq. Ona görə də magistraturaya qəbulda ixtisas ayırması fikri daha da təkmilləşdirilməlidir”.

İ.Həbibbəyli qeyd edib ki, bütün elmi təşkilatlar mütləq şəkildə əlavə investisiyalara cəlb olunmalıdır. Bunun hansı şərtlərlə həyata keçirilməsi ilə bağlı “Elm haqqında” qanun layihəsinə yeni müddəalar əlavə olunub.

Komitə sədri bildirib ki, ali təhsil müəssisələrinin mövcud reallıqlara uyğun tədqiqat universitetləri yaratmaq ideyası müsbət qəbul olunmalıdır.

“Bunun üçün lazım olan vəsait dövlət büdcəsinin vəziyyətindən asılı olmalıdır. Yəni, Prezident İlham Əliyev nə vaxt dövlət büdəsinin artırılması barədə qərar qəbul etsə, o zaman bu məsələ gündəmə gələcək. Gələcəkdə bunu həyata keçirmək mümkün olacaq”. 

İ.Həbibəyli qeyd edib ki, qrantlar hesabına ölkəyə gətirilən zəruri avadanlıqlar üçün tutulan vergilərə ya güzəşt tətbiq olunmalı, ya da bütövlükdə vergidən azad edilməlidir.

Komitənin sədr müavini, deputat Bəxtiyar Əliyev isə deyib ki, XXI əsr bilik və informasiya əsridir: “Əgər biz bilikli gəncləri hazırlamasaq, o zaman ölkənin gələcəkdə neftdən asılılığı hər zaman qalacaq, həmçinin Azərbaycanın yüksək texnologiyalar cəmiyyətinə çevrilməsi böyük sual altında qalacaq. Ona görə də dövlət büdcəsinin əsas hissəsinin elmə və təhsilə yönəlməsi vacibdir”. 

Müzakirələrdən sonra “Elm haqqında” qanun layihəsi Milli Məclisin yaz sessiyasının gündəliyinə tövsiyə olunub.

Qeyd edək ki, "Elm haqqında" qanun layihəsi uzun müddətdir geniş müzakirələrə yol açsa da parlamentə çıxarılmırdı. Sözügedən qanun layihəsi deputatlar arasında da birmənalı qarşılanmır. Əksər deputatlar bu qanun layihəsini dəstəkləsə də, bir çoxları bu addımın hələ tez olduğunu düşünür.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024