Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (28-12-2014, 23:03)
NATO gizli şəkildə Əfqanıstandan getdi

 

“Taliban” qorxusu Kabili qoynuna aldı

“AL JAZEERA”nin xəbərində deyilir ki, bazar günü NATO Əfqanıstandakı 13 illik mövcudluğuna rəsmən son verib. Bu münasibətlə paytaxt Kabildə tədbir keçirilib. Maraqlıdır ki, NATO öz tədbirini gizli şəkildə həyata keçirməli olub. Əcnəbi hərbçilər “Taliban”ın hücumundan ehtiyat etdiklərinə görə, tədbir təntənədən uzaq olub.

Bundan sonra ABŞ-ın rəhbərlik etdiyi İSAF adlı hərbi qrup Əfqanıstanda hərbi təlimlər keçəcək və orduya dəstək verəcək.

“AL JAZEERA” bildirir ki, NATO ilə Əfqanıstan arasındakı rəsmi münasibətlər bununla da başa çatır. Və bu il Əfqanıstanda xüsusilə itkilər çox olub. Belə ki, ölkə 4.600 nəfər əsgər və polis itirib.

Qeyd olunur ki, bununla belə, Əfqanıstanda 12.500 əcnəbi hərbçi qalacaq. Onlar birbaşa döyüşlərdə iştirak etməyəcəklər. Ancaq yerli orduya hər cür yardım göstərəcəklər.

2011-ci ildə isə Əfqanıstanda olan əcnəbi hərbçilərin sayı 130 min nəfər idi. Onlar 50 ölkənin təmsil edirdilər. 
Bundan sonra isə 350 minlik Əfqanıstan Ordusu bütün məsuliyyəti öz üzərinə götürməli olacaq.

Televiziyanın şərhçisi qeyd edib ki, sadə əfqanlar NATO-nun gedişindən narahatdır. Onlar qorxurlar ki, ölkədə siyasi stabillik yenidən təhlükə altına düşə bilər. “Taliban”ın fəallaşması da sadə insanlar tərəfindən xoş qarşılanmır.

Mənbə: musavat.com

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024