Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (18-12-2014, 18:51)
Spam məktubların sayı artıb

 

Noyabr ayında belə məktubların sayı oktyabra müqayisədə 41 faizədək artıb

 

“Symantec” şirkəti müxtəlif zərərli saytlara linklərin olduğu spam məktubların sayının artmasını açıqlayıb. Belə ki, cari ilin noyabrında belə məktubların sayı oktyabrdakı 7 faizlə müqayisədə 41 faizədək artıb.
Şirkət mütəxəssisləri bunu onunla izah edirlər ki, korporativ istifadəçilər zərərli əlavələrin olduğu spam məktubları blok etməyi mənimsəyiblər. “Symantec Security Response” bloqunda deyilir ki, cinayətkarlar indi fərdi istifadəçilərə hücum edir və zərərli linkli məktubları “Cutwail” və analoji şəbəkə strukturları vasitəsilə yayırlar.
Son həftələr ərzində sosial mühəndislikdən istifadə edən spamın həcmi xeyli çoxalıb. “MyFax message from *unknown* - 3 pages”; “Fax Message” və “Fax Message #[RANDOM NUMBER]” başlıqlı məktublarda guya elektron poçt məlumatı ilə əlaqədar məktublar üstünlük təşkil edir.
Linklər üzrə daxil olduqda istifadəçinin kompüterinə “Downloader.Ponik” və “Downloader.Upatre” troyanları göndərilir. Bu zərərli proqramlardan informasiyanın oğurlanması məqsədi daşıyan “Trojan.Zbot” kimi proqramların quraşdırılması üçün istifadə edilir. 
Noyabrda analoji spam kampaniyası "Symantec” ekspertləri tərəfindən Almaniyada qeydə alınıb. O zaman zərərli linklər kütləvi şəkildə böyük məbləğli pulların olduğu saxta telefon hesablarında yayılıb, - “SecurityLab” yazır. (ans)

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024