Dünya (15-12-2014, 12:14)
Polisi avtomobilin altında əzdilər
Qerrero ştatında bir müddət əvvəl 43 tələbənin itkin düşməsi ilə əlaqədar baş qaldıran etirazlar ötən gün də davam edib
Meksikanın Qerrero ştatında bir müddət əvvəl 43 tələbənin itkin düşməsi ilə əlaqədar baş qaldıran etirazlar ötən gün də davam edib. Çilpansinqo şəhərində itkin düşən tələbələrin xatirəsinə həsr olunmuş konsert planı etirazçıların qəzəbinə səbəb olub.
ANS PRESS-in məlumatına görə, bir qrup fəal yollarda barikadalar quraraq konsertin baş tutmasına qarşı əngəl olmağa çalışıblar. Polisin aksiyaya müdaxiləsi sonda qarşıdurmalarla nəticələnib. Qarşıdurmalar zamanı tərəflər bir-birilərinə qarşı güc tədbiq ediblər. Nəticədə 8-i polis əməkdaşı olmaqla 20 nəfər xəsarət alıb. Xəsarət alanlardan bir neçəsinin vəziyyəti ağır hesab olunur.
Zorakılıqlar zamanı fəallardan biri avtomobilini polisin üzərinə sürüb. 5 polis əməkdaşı avtomobilin altında qalıb.
Sentyabr ayının 26-sında itkin düşən tələbələrin daha sonra öldürüldüyünə dair xəbərlər yayılmışdı. Kütləvi cinayətlə əlaqədar hadisənin baş verdiyi İquala şəhərinin meri də daxil olmaqla çoxlu sayda polis əməkdaşı həbs olunub.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024