Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (21-11-2014, 17:21)
Hospitalda dəhşət: 6 tibb bacısı doğrandı

Çindəki xəstəxanalardan birində yaşanmış faciə ölkədə şok effekti yaradıb

 

27 yaşlı Li Szyaolan xəstəxanaya girərək qarşısına çıxan hər kəsi öldürməyə başlayıb. O, 6 tibb bacısını doğrayaraq qətlə yetirib, 1 sanitarı isə ağır yaralayıb.
 
Milli.Az bildirir ki, qanlı hadisə Çinin şimalındakı Hebey vilayətindəki Sinhuandao bölgəsində, Çin Xalq-Azadlıq Ordusunun Beydayhe şəhərində yerləşən 281-ci hospitalında yaşanıb.
 
Dəniz kurortu olan Beydayhe Çində iqtidarda olan Kommunist Partiyasının funksionerləri və ordu generalları arasında çox populyar istirahət məkanlarından biridir.
 
27 yaşlı Li Szyaolan həbs olunub. Polisdən verilən məlumata görə, qatildə psixi sapıntılar var.
Çinin paytaxtı Pekindən 220 km şimalda olan Beydayhe kurortundakı hərbi hospitallar və hərbçilər üçün sanatoriyalar şəbəkəsi bir zamanlar Mao Szedunun göstərişi ilə yaradılmışdı.
 
Southern Metropolis News-un məlumatına görə, Li Szyaolin hospitalın yeməkxanasında çalışıb.
 
Beydayhe şəhərinin yaxınlığındakı Çdahueyto kəndindən olan Li barədə danışan həmkəndlilərinin sözlərinə görə, o, aqressiv, kinli və qaba insandır.
Beijing News bildirir ki, Li Szyaolan 2004-cü ildə Pekində, 2006-cı ildə isə Tanşan şəhərində psixi sapıntılar və depressiyadan müalicə olunub.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024