Dünya (21-11-2014, 14:30)
ABŞ-n məşhur bankiri başını kəsərək intihar edib
Bakı-Ceyhanı maliyyələşdirən amerikalı bankir öz başını kəsib intihar etdi
ABŞ-ın ən iri banklarından olan “Sitigroup İnc”in icraçı direktoru, 42 yaşlı Şon Miller dəhşətli üsulla intihar edib.
Mediatv.az saytı ABŞ KİV-lərinə istinadən xəbər verir ki, onun cəsədi Nyu-Yorkdakı dəbbədəbəli mənzilində tapılıb.
Hadisə yerinə gedən xəfiyyələr bankirin vanna otağında boğazı kəsilmiş vəziyyətdə cəsədini aşkar ediblər. Şon Millerin cəsədi üzü üstə yıxılmış vəziyyətdə olub. Federal Təhqiqatlar Bürosunun və Nyu-York polisinin xəfiyyələri cəsədin altından iri bıçaq tapıblar.
Bankirin boğazı bir qulağından o biri qulağına qədər kəsilmiş vəziyyətdə olub. Əsas versiya onun öz boğazını kəsərək intihar etməsi barədədir. Lakin ölümün səbəbi hələlik rəsmən açıqlanmayıb.
Şon Miller “Citigroup”un ətraf mühit və sosial risklər üzrə icraçı direktoru olub. Həmkarlarının bildirdiyinə görə, o, ən güclü bankirlərdən biri olmaqla yanaşı “Citigroup”un kredit ayırdığı sahələrdə ekoloji və sosial öhdəliklərə əməl edilməsinə nəzarət edirdi.
Ş.Miller “Citigroup”da işə keçməzdən əvvəl Beynəlxalq Maliyyə Korporasiyasında (Dünya Bankının tərkibinə daxildir) eyni sahəyə nəzarət edib və korporasiyanın Bakı-Tiflis-Ceyhan (BTC) neft boru kəmərinin tikintisi üçün ayırdığı kreditin ətraf mühitə, yerli icmaların sosial vəziyyətinə təsirini araşdırıb.
“The Wall Sreet Journal” qəzeti yazır ki, bu missiya çərçivəsində Şon Miller kəmərin Azərbaycan, Gürcüstan və Türkiyədə kəmərin keçdiyi ərazilər boyu səfərlər edib, yerli icmalarla söhbətləşib və BTC-nin tikintisinə ayrılan kreditin ətraf mühitə, yerli icmaların sosial vəziyyətinə təsirini araşdırıb.
Polis qətllə bağlı intihar versiyasını araşdırsa da Ş.Millerlə birlikdə dünən axşam liftə girən şəxsi də axtarır. Həmin şəxs yerli vaxtla gecə saat 04:45-də binadan çıxıb, ancaq 15 dəqiqə sonra yenidən qayıdıb. Araşdırmanın əvvəlində detektivlər onun öldürüldüyünü ehtimal etsələr də daha sonra mənzildə baş verənlərin intihara oxşadığı məlum olub.
Polisin versiyasına görə, Ş.Miller internetdə tanış olduğu həmin naməlum şəxslə axşamdan başlayaraq birlikdə yeyib-içib, spirtli içki və narkotik qəbul edib. Mənzildə metamfetamindən istifadənin izləri aşkar olunub.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024