Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (11-06-2021, 15:30)
ABŞ Rusiyaya nota verdi


ABŞ Rusiyaya nota verdi


ABŞ səfirliyi Rusiyada həbsdə olan ABŞ vətəndaşı Trevor Ridin sərbəs buraxılmamasına görə Rusiya XİN-ə etiraz notası göndərib.

“Mediatv.az” xəbər verir ki, bu barədə ABŞ-ın Rusiyadakı səfiriliyinin saytında bildirilib.

ABŞ-ın Moskvadakı səfirliyinin müvəqqəti işlər üzrə vəkili Bartle Gormanın verdiyi məlumata görə, ABŞ vətəndaşına 16 gündür konsulluq xidmətlərinin göstərilməsi üçün buraxılmaması ilə əlaqədar olaraq müvafiq nota 10 iyun tarixində Rusiya Xarici İşlər Nazirliyinə göndərilib.


Mayın 25-də Ridə koronavirus diaqnozu qoyulduğu qeyd olunur. Bundan sonra onun ailəsi və səfirliyin işçiləri ilə telefon əlaqəsi saxlamasında icazə verilməyib. Bundan əlavə, səfirliyin məlumatına görə, onlar Ridin səhhəti barədə iki həftədən çoxdur ki, məlumat ala bilməyiblər.

“Vətəndaşımızın sağlamlıq vəziyyəti ilə bağlı davamlı müraciətlərimiz nəzərə alınmır, bu da ikitərəfli Konsulluq Konvensiyasını və beynəlxalq Konsulluq əlaqələri haqqında Vyana Konvensiyasını açıq şəkildə pozur”,- deyə Qorman qeyd edib.

Qeyd edək ki, bundan əvvəl ABŞ-ın Rusiyadakı keçmiş səfiri Maykl MakFol Rusiya Prezidenti Vladimir Putini 16 iyunda Cenevrədə amerikalı həmkarı Co Baydenlə görüşdən əvvəl Rusiyada mühakimə olunan ABŞ vətəndaşları - Trevor Rid və Pol Uilanı sərbəst buraxmağa çağırmışdı.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
15 06 2021 10:12
15 06 2021 09:57
15 06 2021 09:43
15 06 2021 09:30
15 06 2021 09:27
15 06 2021 09:12
14 06 2021 23:12
14 06 2021 22:50
14 06 2021 22:30
14 06 2021 22:16
14 06 2021 21:45
14 06 2021 21:17
14 06 2021 20:53
14 06 2021 20:20
14 06 2021 20:03
14 06 2021 19:31
14 06 2021 19:14
14 06 2021 18:52
14 06 2021 18:29
14 06 2021 18:05
14 06 2021 17:58
14 06 2021 17:39
14 06 2021 17:09
14 06 2021 17:01
14 06 2021 16:40
14 06 2021 16:24
14 06 2021 15:48
14 06 2021 15:28
14 06 2021 15:10
14 06 2021 14:53

{sape_links}{sape_article}