Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (5-10-2014, 09:18)
“Bir qadın 10 kişi üçün nəzərdə tutulurdu”- Keçmiş əsir

 

“İslam dövləti” yaraqlılarının iraqlı əsirlərindən biri öz işğalçıları barədə danışıb. Onun hadisəsini Euronews göstərib. 

 

“Mediatv.az” Trend-ə istinadən xəbər verir ki, 19 yaşlı Əmşinin bildirdiyinə görə, avqustun 3-də o, ailəsi ilə birlikdə yaşayan yezid kəndinə cihadçılar daxil oldular. Onun həyat yoldaşını digər kişilər kimi öldürdülər, o, isə qadın həmkəndliləri ilə birlikdə əsir düşdü.

“Yaraqlılar 10-12 dollara yezid qadınları satırdılar. Bir qadın 10 kişi üçün nəzərdə tutulurdu. Kim bu davranışa bəraət qazandıra bilər? Ona görə mən indiyədək daimi qorxu içərisində yaşayıram”, - Əmşi deyib. Onu Mosul şəhərinə gətirəndə, o, qaçmağa müvəffəq olub.

Əsirlərindən birinin qızı deyib ki, islamçılar tərəfindən ələ keçirilən onun anası öz telefonu yerə basdırıb ki, onu tapmasınlar. “Cihadçılar müntəzəm axtarışlar aparır və əgər telefon tapılsa, həmin insanı yerindəcə güllələyirlər. Düşünürəm ki, onlar bacımın telefonunu tapıblar: Artıq 12 gündür ki, o bizə zəng etmir”, - o, qeyd edib.

Əsirlərdən çoxları baş örtüyündən ilgək edərək, intihar ediblər, Euronews xəbər verir.

BMT-nin məruzəsinə əsasən, avqustun sonunadək yaraqlılar 2,5 min qadını və uşaqları ələ keçiriblər. İslamı qəbul etməkdən imtina edənlər Mosul və Suriyanın Rakke şəhərlərindəki qul bazarlarına göndəriliblər.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024