Dünya (4-10-2014, 13:58)
Azərbaycanlı qız Finlandiyada münsifləri heyran qoydu
Finlandiyada yaşayan kiçik yaşlı həmyerlimiz Aylin Cabbarlı “Uşaqların səsi” (“The Voice Kids”) musiqi yarışmasında müvəffəqiyyətlə çıxış edərək münsiflər heyətinin və tamaşaçıların rəğbətini qazanıb.
Yarışmaya qatılan Aylin Cabbarlı müsabiqənin ilk mərhələsində “Little Miks - Wings” mahnısını ifa edib. Münsiflər heyətinin hər üç üzvü Aylini öz qrupunda görmək istəsə də, sonda həmyerlimizin seçimi müğənni Diandra Flores olub. Aylin Cabbarlının növbəti çıxışı Finlandiyanın “4-cü kanal”ı ilə yayımlanan müsabiqənin növbəti həftəsində olacaq.
12 yaşlı Aylin Cabbarlı Finlandiyada fəaliyyət göstərən AzərTürk Gənclər Təşkilatının nəzdindəki AzərTurk musiqi qrupunun solisti, təşkilatın rəhbəri Ulviyyə Cabbarlının qızıdır. Aylin Cabbarlı 10 ildən çoxdur ki, ailəsi ilə birlikdə Finlandiyanın Espoo şəhərində yaşayır və burada piano dərsləri alır. //modern.az