Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (29-09-2014, 20:19)
Ermənilərin Jirinovski qorxusu


Rusiya Liberal Demokrat Partiyasının (LDPR) lideri Vladimir Jirinovskinin Azərbaycana səfəri erməni siyasətçiləri bərk qorxuya salıb

 

"Mediatv.az" anspress-ə istinadən xəbər verir ki,  əksər siyasətçilər səfəri Rusiyanın Cənubi Qafqazda strateji tərəfdaşını dəyişməsi kimi şərh ediblər. “Armenianreport” portalında məqalə ilə çıxış edən erməni şərhçi Hraçiya Qalustyan yazıb: 
“Biz Rusiya tərəfindən Azərbaycana doğru indiyə kimi görünməmiş dönüş müşahidə edirik”. 
Bakıya bir-birinin ardınca Rusiya siyasətçilərinin gəlməsini xatırladan müəllif ən çox LDPR liderinin gəlişindən heyrətə düşdüyünü bildirib. Müəllif Jirinovskinin Bakıda dediyi aşağıdakı sözləri xatırladıb: 
“İlham Əliyev MDB-də ən yaxşı, ən uğurlu və savadlı prezidentdir. Azərbaycan bu gün rentabelli dövlətdir. Bakı heç kimdən heç nə xahiş etmir, heç kimin də qoltuğunun altına girmir”. 
Məqalə müəllifi bu sözlərdən sonra ermənilərə sual verir: 
“Siz haçansa Serj Sarkisyanın ünvanına belə sözlər deyildiyini eşitmisinizmi? Heç zaman. Amma analoji olaraq belə çıxır ki, Sarkisyan ən pis prezidentdir, Ermənistan isə Rusiyanvın qoltuğunun altına girir”. 
Hraçya Qalustyan Jirinovskinin bundan əvvəl ermənilər üçün göstərdiyi xidmətləri də sadalayıb: “Bunu o adam deyir ki, bir vaxt Dövlət Dumasının tribunasından müsəlman Türkiyə və Azərbayjanının xristian Ermənistanını məhv etmək istədiyini bildirirdi”. 
Müəllif LDPR liderinin bu addımının çox pis nəticə verəcəyini vurğulayır: 

 

“Putin hara göndərir, Jirinovski də ora gedir, Kremldən nə buyrurlar, onu danışır. Deməli, onlar Bakıya dəstək verməyi qərara alıblar. Bundan təbii ki, biz uduzcağıq”,- deyə Hraçiya Qalustyan bildirir. 
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024