Dünya (26-09-2014, 12:04)
Polis əlini qaldıran şəxsi belə güllələdi
Günahı isbat edilərsə polisi 20 il cəza gözləyir
ABŞ-ın Cənubi Karolina ştatının polisi təhlükəsizlik kəmərini bağlamadığına görə saxladığı silahsız sürücünü güllələdiyinə görə vəzifəsindən qovularaq həbs edilib.
31 yaşlı polis Şon Qroubert 4 sentyabr tarixində ştatın paytaxtı Kolumbiya yaxınlığında baş verən insidentdə sürücü Levar Consa 4 dəfə atəş açıb. Lakin hadisənin videoyazısı üzə çıxandan sonra polis zorakılığı gündəmdə olan ölkədə əsl səs-küyə səbəb olub.
Qroubertin vəzifəsindən sui-istifadə bəndi ilə həbsinə order verilib. Polisin günahı sübuta yetirilsə onu 20 il məhkumluq həyatı gözləyir.
Hadisənin videosu isə hakimiyyət tərəfindən ötən gün işıq üzü görüb. Görüntülər qazdoldurma məntəqəsi yaxınlığında polisin artıq maşından çıxmış Consa müraciət etməsi ilə başlayır.
Qroubert soruşur: “Sizin lisenziyanızı görə bilərəm?” Bu zaman Cons lisenziya dalınca öz maşınına tərəf çönür və təklifindən düz 4 saniyə sonra polis atəş aşmağa başlayır.
“Mən sadəcə lisenziyanı götürürdüm, siz dediniz lisenziyanı götür!”- deyə Cons qışqırıraraq əlini qaldırır və güllənin təzyiqindən yerə yıxılır. Polis isə ona bir neçə həyəcanlı dəqiqədən sonra “sizin sadəcə təzədən avtomobilə geri qayıtmağınız məni şübhələndirdi”.
Yerdə olan Cons polisdən onu niyə saxladığını soruşduqda isə Qroubert “Ser, mən sizi təhlükəsizlik kəmərinizi bağlamadığınıza görə saxladım”.
Hazırda çiynindən güllə yarası alan Cons dindirildikdən sonra xəstəxanadan evinə buraxılıb və müalicəsini davam edir.
Qeyd edək ki, hadisənin videosu Missurinin Fergyuson şəhərində baş verən toqquşmalardan bir ay sonra yayılıb. Məhz orada da polisin silahsız qaradəriliyə atəş açıb qətlə yetirməsi, hüquq mühafizə orqanlarının aqressivliyi etirazlara səbəb olmuşdu.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024