Dünya (25-09-2014, 17:28)
Litva prezidenti: “Rusiya terrorçu dövlətdir”
Dalya Qribauskayte Qərbi qorxaqlıqda ittiham edib
“Rusiya prezidenti Vladimir Putinin Ukraynada törətdiyi aqressiv hərəkətlər bizə belə düşünməyə ciddi əsaslar verir ki, tezliklə növbə Baltik ölkələrinə çata bilər”.
Bu barədə Litva prezidenti Dalya Qribauskayte “The Washington Post” qəzetinin baş məsul redaktoru Lelli Ueymut ilə bu həftə etdiyi söhbət zamanı bildirib. Qəzet bugünkü sayında həmin müsahibəni oxucuların diqqətinə çatdırıb.
Litva prezidenti bildirib ki, Ukraynada vəziyyət getdikcə daha da pisləşir. Rusiya qoşunları əvvəlki kimi hələ də Ukrayna ərazisindədir.
Bu isə o deməkdir ki, Avropa və dünya Rusiyaya imkan verir ki, bu ölkə sadəcə öz qonşusunu hədələməsin, həm də öz qonşularına qarşı müharibə aparsın. Əslində bu, bizim İraqda və Suriyada müşahidə etdiyimiz beynəlxalq terrordan o qədər də fərqli deyil.
“Əgər biz həddən artıq yumşaqlıq göstərsək, sanksiyaların praktiki tətbiqində ortaya ciddi mövqe qoymasaq, əminəm ki, onda Putin daha uzağa gedəcək. Şərqi Ukraynanı Cənubi Ukrayna və Krımla birləşdirməyə çalışacaq. Putin elə bu yaxınlarda bəyan etmişdi ki, o, iki günə Varşavanı , Baltik ölkələrini, Buxaresti işğal edə bilər. Bundan sonra isə biz təəccüb edəcəyik ki, yeni-yeni ərazilər işğal olunur, mövcud olan ölkələr Rusiya tərəfindən parçalanır. Sonra bu problemi çözmək çox baha başa gələcək. Hətta situasiyadan çıxmaq üçün gec də ola bilər”, - deyə prezident Dalya Qribauskayte vurğulayıb.
Litva rəhbəri bir məqamı xüsusilə vurğulayıb: “Problem ondadır ki, bu gün Putinin rəhbərliyi altında olan Rusiya müharibəyə hazırdır və müharibəyə gedəcək. Nə Avropada, nə də dünyada elə bir lider yoxdur ki, Putini durdura bilsin”.
“Putin Avropanı parçalamaq istəyir?”- deyə, qəzetin məsul redaktoru soruşub.
Prezident isə bir daha Rusiyanın davranışlarını terrorçuluqla müqayisə etməyi lazım bilib: “Rusiyanın davranışları İŞİD-in İraq və Suriyada törətdiyindən o qədər fərqlənmir”.
“Deməli, siz düşünürsüz ki, İŞİD və Rusiya terrorçudur?”, - jurnalistin növbəti sualı belə olub.
“Elədir. Mən düşünürəm ki, Rusiya öz qonşuları ilə terrorçular kimi davranır və onlara qarşı terrorçuların metodundan istifadə edir. Nəticə o oldu ki, Avropa və dünya ölkələri rəhbərlərinin alqış sədaları altında Rusiya Krımı və Şərqi Ukraynanı ələ keçirdi. Dünya liderləri isə Ukraynaya elə bir kömək göstərmədi”, - prezident deyib.
Litva prezidenti bildirib ki, bu gün Rusiyanın qonşusu olan bütün ölkələr işğal təhlükəsi ilə üz-üzədir. Putin qonşu dövlətləri ələ salır və iddia edir ki, onlar əsl dövlət deyillər.
“Nəticədə müharibə olacaq?”, jurnalist belə bir sualla prezidentə müraciət edib.
“Biz müharibədən qaça bilərik. Əgər hər iki tərəf müharibəyə hazır olsa, müharibə heç vaxt olmayacaq. Əgər Rusiya müharibəyə hazırdırsa və Qərb bu müharibədən yayınmağa çalışırsa, onda müharibə mütləq olacaq. Və Rusiya təkidlə irəli gedəcək”, - Litva prezidenti narahatlıqla bildirib.
Müsahibənin sonunda isə Dalya Qribauskayte Qərbi sərt şəkildə ittiham edib: “Ancaq Rusiya ilə sərhəddi olan ölkələr - Baltik ölkələri və Polşa bu məsələdə həyəcan təbli çalır. Biz bir yerdə səsimizin daha da ucadan eşidilməsini istəyirik. Bu, bizim Rusiya ilə mübarizədə yeganə silahımızdır. Biz bir yerdə olaraq, səs-səsə verərək, Qərb ölkələrinin liderlərini utandırmaq istəyirik. Biz onları ona görə ittiham edirik ki, onlar Avropada azadlığı, suverenliyi və demokratiyanın müdafiəsi üçün ciddi addımlar atmırlar”.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024