Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (20-09-2014, 17:55)
İŞİD türkiyəli girovları sərbəst buraxdı

İyunun 11-də Türkiyənin İraqın Mosul şəhərindəki Baş Konsulluğunda “İraq Şam İslam Dövləti” (İŞİD) tərəfindən girov götürülən 49 nəfər bu gün səhərə yaxın sərbəst buraxılıb

 

APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, baş nazir Əhməd Davudoğlu sərbəst qalan 49 ölkə vətəndaşının yerli vaxtla saat 05.00 radələrində Türkiyəyə daxil olaraq Şanlıurfa şəhərinə hərəkət etdiklərini açıqlayıb.  
 
Ə. Davudoğlu Azərbaycana səfərini yarıda kəsərək Türkiyəyə qayıtmaq qərarına gəldiyini bildirib. O, girovluqdan qurtulanların səhhətinin normal olduğunu deyib: “Bu gecə səhərə yaxın vətəndaşlarımızı təhvil aldıq və ölkəmizə gətirdik. Mən bir az sonra Bakıdan ayrılaraq baş konsulumuz başda olmaqla, bütün qardaşlarımızla, vətəndaşlarımızla qucaqlaşmaq üçün ölkəmizə dönəcəyəm. Hazırda girovlarımız sərhəddən ölkəyə daxil olublar və Urfaya gedirlər. Mən də buradan birbaşa Urfaya gedib girovlarımızla görüşəcəyəm”.  
 
Xatırladaq ki, iyunun 11-də “İŞİD” terrorçuları Türkiyənin Mosuldakı Bak Konsulluğuna hücum edərək baş konsul və digər 48 Türkiyə vətəndaşını girov götürmüşdü.

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024