Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya / Slayd (19-02-2017, 15:18)
Mosulun qərbi uğrunda əməliyyat: 2 kənd alındı

İraq ordusu Mosulun qərb istiqamətinin İŞID-dan azad edilməsi  üçün əməliyyat başladıb.

Mediatv.az:   Mosul əməliyyatının başladığını İraqın Baş naziri Heydər Əl İbadi bildirib. Heydər Əl İbadi dövlət televiziyasından  verdiyi açıqlamada “birliklərimiz vətəndaşlarımızın İŞID-dan qurtarılması əməliyyatına başlayır” deyib. Əməliyyatın başlamasından sonra General Abdülamir Carallah təhlükəsizlik güclərinin hava limanı yaxınlığındakı iki kəndi aldığını  bildirib.

İraq ordusu keçən ilin oktyabr ayında əməliyyatlara başlamış, Mosulun şərqini İŞID-dan geri almışdı. İraqlı təhlükəsizlik güclərinin Mosulun qərbini qurtarma əməliyyatında əsas  hədəfin hava limanı olduğu söylənir.

Mosulun qərbində şərqinə görə daha çox insan yaşayır. Mütəxəssislər bu səbəbdən əməliyyatın şərq əməliyyatına görə daha çətin keçəcəyi xəbərdarlığını edir. Mosulun qərbində küçələrin daha dar olduğu və böyük hərbi vasitələrin bu küçələrə girə bilməyəcəyi bildirilir.

Bundan başqa,  İŞID-ın Mosulun qərbində şəhərin şərqinə görə daha güclü olduğu da məlumdur. Vaşinqtondakı Savaş Araşdırmaları İnstitutundan İraq mütəxəssisi Emili Anaqnostos bildirib ki, ” İŞID-ın Mosulun qərbindəki müqaviməti daha güclü ola bilər, əməliyyat çətin ola bilər, amma əməliyyatın ardından İŞID-ın əlaqələrinin kəsilməsi böyük əhəmiyyət daşıyır.”

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025