Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya / Slayd (25-01-2017, 11:44)
Tramp müsəlmanların ABŞ-a girişinə qadağa qoyur, Meksika ilə sərhədə divar çəkir

Qərb KİV-lərinin məlumatlarına görə ABŞ prezidenti Donald Tramp bu gün seçkiqabağı populist vədlərini həyata keçirmək üçün qalmaqallı fərmanlar imzalayacaq. Adının açıqlanmasını istəməyən rəsmilərin mətbuata verdiyi bilgiyə görə D.Tramp Meksikayla sərhədə divar çəkilməsi və müsəlmanların ölkəyə miqrasiyasına qadağayla bağlı sənədlərə imza atacaq.

Mediatv.az:   «The New York Times» qəzeti yazır ki, D.Tramp Suriya, İraq, Əfqanıstan, Somali və «terrora meylli» başqa ölkələrdən gələn müsəlman miqrantlara viza verilməsini, ən azı, müvəqqəti yasaqlayacaq. Bundan başqa, yeni prezidentin «Müsəlman Qardaşlığı» təşkilatını terrorçu qrupların siyahısına salacağı, Quantanamodakı bazanın açıq saxlanması, gizli həbsxanaların bərpası və dindirilmə üsullarının genişləndirilməsi məsələlərinə baxacağı gözlənir. Gizli həbs və dindirmə mərkəzlərini keçmiş prezident Barak Obama 2009-cu ildə, prezidentliyinin ilk həftəsində bağlatdırmışdı.

D.Tramp özü də dünən Twitter səhifəsində sabahkı günün böyük gün olacağını, milli təhlükəsizliklə bağlı qərarlar veriləcəyini yazıb.

Müsəlman qaçqınların məsələsinə gəlincə, Ağ evdən verilən məlumata görə, prezident dünyanın ən çox zərər görmüş ölkələrindən gələnlərə viza verilməsiylə bağlı onillik proqramı dayandırmaq, sonra isə bu proqramı məhdudlaşdırmaq və viza şərtlərini çətinləşdirmək niyyətindədir. Yəni, qadağa bir neçə ay sürəcək, hökumət miqrantlarla bağlı ciddi araşdırma proqramı hazırlayandan sonra aradan qaldırılacaq.

Rəsmilər yalnız təqibə məruz qalmış dini azlıqların miqrasiyasına böyük əngəllərin olmayacağını deyirlər. D.Trampın bu planları hüquq müdafiəçilərinin, miqrantların haqlarını qorumağa çalışan təşkilatların tənqidinə səbəb olub. Onlar bu ayrıseçkiliyin ABŞ-ın bütün miqrantlara bərabər münasibət göstərmək ənənəsini pozduğunu deyiblər.

Birləşmiş Ştatlardakı Milli Miqrasiya Qanunu Mərkəzinin direktoru Marielena Hincapié yeni qanunun açıq-aşkar müsəlmanlara qarşıyönəldiyini və bunun utancverici olduğunu söyləyib. 2015-ci ildə terrorçular Parisə hücum edəndə, D.Tramp heç bir sübut göstərmədən ABŞ-a da minlərlə terrorçu müsəlmanın doluşduğunu demişdi.

Keçən il B.Obama administrasiyası qaçqın böhranının önləməkdən ötrü miqrasiya proqramını genişləndirib. B.Obama ölkədə 85 min qaçqının yerləşdirilməsinə icazə verib, terrorun qarşısını almaq məqsədilə suriyalılarla bağlı yoxlamaları artırsa da, 10 min yerin suriyalılara ayrılması barədə xüsusi göstəriş verib. B.Obamanın təsdiqlədiyi proqrama əsasən, bu il ABŞ daha 110 min qaçqından ötrü sığınacaq olmalıydı. D.Tramp onların sayını 2 dəfədən də çox azaldacağını – 50 min qaçqının miqrasiyasına icazə veriləcəyini bildirib.

шаблоны для dle 11.2

Xəbər lenti
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024