Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (7-09-2016, 09:27)
“ABŞ-la fikir ayrılığı içində, Rusiya ilə həmfikirik” – Ərdoğanın sözçüsü

erdogan sozcu

“Biz hələ də YPG məsələsində amerikalılarla ixtilafdayıq. YPG-yə verilən dəstəyin yanlış siyasət olduğunu düşünürük”.

Mediatv.az  xəbər verir ki, bu etirafı Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın NTV-yə müsahibəsində dilə gətirib.

Onun sözlərinə görə, digər bütün məsələlərdə hər iki tərəf həmrəydir: “İstər Hələbdə müharibənin dayandırılması, istərsə də Cerablusun İŞİD-dən azad olunması məsələsində eyni fikirləri bölüşürük”.

ABŞ-la aradakı fikir ayrılığına baxmayaraq, Rusiya prezidenti Vladimir Putinin Fərat Qalxanı əməliyyatına tam dəstək verdiyini ifadə edən Kalın bu iki dövlətin Suriyada əməkdaşlıq perspektivindən bəhs edərək deyib:

“YPG/PYD PKK-nın qoludur. İŞİD kimi terror təşkilatı başqa bir terror təşkilatıyla ortadan qaldıra bilməz. Hörmətli Putin Fırat Qalxanı əməliyyatına tam dəstək verdiklərini ifadə etdi. Sərhədlərin İŞİD-dən təmizlənməsinə də etirazları yoxdur. Hələb müqaviləsinin hazırlanmasında da birlikdə çalışacağıq”.

Moskva və Ankaranın yalnız Bəşər Əsədə münasibətdə fərqli cizgilərdə olduğunu qəbul edən İbrahim Kalın sözügedən fərqliliyin gələcəkdə əməkdaşlığa maneə törətmədiyinə inanır. Çünki “Əsəd rejiminin gələcəyi yalnız Türkiyə və Rusiyanı deyil, beynəlxalq gündəmi də narahat edir. Zənnimcə, Əsədi dəstəkləyən ölkələr də artıq onun legitimliyini itirdiyini görürlər. “

шаблоны для dle 11.2

Xəbər lenti
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024