Türkiyənin Kayseri əyalətində Fətullahçı terror təşkilatı (FETÖ) ilə bağlı 147 müəllim barəsində qətimkan tədbiri seçilib.
Mediatv.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, yerli prokurorluğun sanksiyası ilə keçirilən əməliyyatda 400-dək polis əməkdaşı iştirak edib.
Bir müddət əvvəl onlar işdən azad ediliblər. Şübhəli müəllimlər "ölkə Konstitusiyasını pozmaq, hakimiyyət çevirlişinə səhd etmək və silahlı terror təşkilatına üzv olmaq" maddələri ilə ittiham olunurlar.