Türkiyədə Dumlupınardakı qələbənin 94 illiyinə həsr edilmiş hərbi parada ilk dəfə olaraq tank və qırıcılar qatılmayacaq.
Mediatv.az-ın "Milliyət" qəzetinə istinadən verdiyi məlumata görə, hərbi paradda, həmçinin artilleriya bölmələri də iştirak etməyəcək.
Hərbi yürüşdə kursantlar iştirak edəcəklər. Parad Ankarada olacaq.