Türkiyənin TRT telekanalının 42 əməkdaşı saxlanılıb.
Mediatv.az "Anadolu"ya istinadən xəbər verir ki, Ankara Şəhər Polis İdarəsi Cinayət-axtarış şöbəsinin əməkdaşları Ankara Prokurorluğunun Fətullahçı terror təşkilatının (FETÖ) dövlət çevrilişi cəhdindən sonra apardığı istintaq tədbirləri çərçivəsində TRT-nin əsas binasında əməliyyat keçiriblər.
Məlumata görə, saxlanılan şəxslər Ankara Şəhər Polis İdarəsinə götürülüb.