Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (14-04-2016, 17:46)
Davudoğlu Qarabağ münaqişəsindən danışdı - "Çiyin-çiyinə dayanmağa məcburuq"

 

İslam Əməkdaşlıq Təşkilatının İstanbulda keçirilən 13-cü zirvəsində çıxış edən Türkiyənin baş naziri İslam dünyasının çox böyük təhdidlərlə qarşı-qarşıya olduğunu bildirib.
Mediatv.az xəbər verir ki, Türkiyənin baş naziri Əhməd Davudoğlu böhranların mərkəzində  olan İslam dünyasının çox mühüm təhdidlərlə qarşı-qarşıya olduğunu bildirib. 
“Biz İslam mədəniyyətinin bugünkü nümayəndələri olaraq bunu ifadə edirik ki, İslam dünyası və İslam mədəniyyəti dünyaya sülh və ədalət mesajı çatdırmaq üzrə bu gün Türkiyədə; İstanbulda toplanıb. Amma biz digər tərəfdən də özümüzü ciddi şəkildə sorğuya çəkməliyik” deyən Davudoğlu İslam ölkələrinin daxilində mübahisə olmağına baxmayaraq dünyaya sülh mesajı verməli olduqlarını söyləyib. 
İslam ölkələrinin Suriya məsələsi ilə bağlı müxtəlif cür düşünməsinə baxmayaraq suriyalı müsəlmanların qarşılaşdığı problemlərlə bağlı müştərək addım atmaq lazım olduğunu söyləyən Davudoğlu İslam dünyasının humanitar məsələlərlə bağlı səsini yüksəltməsi lazım olduğunu bildirib. 
Daha sonra çıxışı zamanı Qarabağ münaqişəsinə də toxunan Davudoğlu Azərbaycanın işğal altındakı torpaqları məsələsində də çiyin-çiyinə dayanmaq məcburiyyətində olduqlarını söyləyib. 
Onun sözlərinə görə, regiondakı son hadisələr tələb edir ki, İƏT ölkələri Dağlıq Qarabağ məsələsində vahid mövqedən çıxış etsinlər.
Qeyd edək ki, aprelin 14-də İstanbulda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) XIII Sammiti işə başlayıb. Azərbaycan Prezidenti İlham Əliyev Sammitdə iştirak edir.
шаблоны для dle 11.2

Xəbər lenti
29 11 2024
29 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024