İrəvan-Mehri yolunda Ermənistan ordusunun müqavilə ilə xidmət göstərən əsgərlərinə məxsus maşın qəzaya uğrayıb.
Mediatv.az xəbər verir ki, hadisə zamanı əsgərlərin olduğu “Opel” markalı maşın idarəetməni itirərək 250 metr dərəyə yuvarlanıb.
Qəza zamanı sürücü 30 yaşlı Karen Karapetyan və 35 yaşlı Vaan Qukasyan hadisə yerindəcə ölüb.
İlkin məlumatlara görə, xəsarət alan əsgərlərdən 32 yaşlı A., 28 yaşlı R., 30 yaşlı R. H. Ararat şəhər xəstəxanasına aparılıb. R.H. xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Daha iki yaralı əsgər İrəvan Mərkəzi Xəstəxanasına köçürülüb. Onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir.