ABŞ dövlət katibi Con Kerri ilə Rusiyanın xarici işlər naziri Sergei Lavrov Suriyada atəşkəslə bağlı ilkin razılığa gəliblər.
Mediatv.az xəbər verir ki, bu haqda Kerri bugün Əmmanda İordaniyanın xarici işlər naziri Naser Cüdeh ilə birgə keçirdiyi mətbuat konfransında məlumat verib.
Kerri deyib ki, atəşkəs rejimi yaxın günlərdən qüvvəyə minə bilər.
ABŞ dövlət katibi onu da deyib ki, Barak Obama və Vladimir Putin növbəti günlərdə bununla bağlı söhbət edə bilərlər.