Rusiyaya qarşı sanksiyalar yaxın aylarda ləğv oluna bilər.
Mediatv.az "RİA Novosti"-yə istinadən xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Con Kerri bildirib.
Dövlət katibi əmindir ki, tərəflər ikinci Minsk razılaşmasını yerinə yetirəcəklər.
"Bu həftənin əvvəli burada, Davosda vitse-prezident Bayden və mən Minsk razılaşmalarını tam həyata keçirilməsinə zəmanət vermək məqsədilə Ukrayna prezidenti ilə görüşdük. Mən əminəm ki, hər iki tərəfin səyləri və legitim cəhdləri hesabına problemləri aradan qaldırmaq və Minsk sazişlərini həyata keçirmək mümkün olacaq. Məhz bundan sonra sanksiyalar ləğv oluna bilər”, - deyə Kerri qeyd edib.