Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında Suriya ərazisindən atılan mərmi Türkiyənin Kilis viyatətinin ərazisində məktəb binasına tüş gəmiş və dağıntıya səbəb olmuşdu.
Mediatv.az RİA Novostiyə istinadən bildirir ki, Türkiyə Silahlı Qüvvətləri mərminin atıldığı əraziyə cavab atəşi endirib.
Türkiyə mənbələrinə görə, Suriyadakı həmin ərazidə İŞİD qüvvələri yerləşir.
* * *12:33
Türkiyənin Kilis bölgəsində orta məktəbdə partlayış baş verib.
"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, partlayış nəticəsində iki nəfər ölüb, iki nəfər yaralanıb. Amma bu ilkin məlumatdır. Ölən və yaralananların sayının artacağı istisna deyil.
Məlumata görə, hadisə yerinə xilasedicilər və təcili tibbi yardım maşınları cəlb edilib.
Partlayış Suriya tərəfdən atılan top mərmisinin partlaması nəticəsində baş verib.
Qeyd edək ki, Türkiyənin Kilis bölgəsi Suriya ilə sərhəddə yerləşir.