Dünya (24-07-2015, 11:02)
OLAY: "İŞİD" Türkiyə ilə müharibəyə başladı
Suriya sərhəddində qanlı atışma
İlkin məlumatlara görə, 1 türk əsgəri həlak olub, 2 əsgər yaralanıb
Türkiyə-Suriya sərhədində, Kilis vilayəti ərazisində “İŞİD” terrorçuları ilə Türkiyə əsgərləri arasında atışma baş verib.
APA-nın “Milliyet”ə istinadən verdiyi məlumata görə, Kilisin Əlbəyli rayonu ərazisində, Suriya ilə sərhəddə keşik çəkən türk əsgərlərinə Suriyada “İŞİD”in nəzarətində olan ərazidən atəş açılıb. Nəticədə 1 əsgər şəhid olub, 2-si yaralanıb.
Hadisənin bir qrup “İŞİD” üzvünün Türkiyəyə keçməyə cəhd göstərərkən baş verdiyi, terrorçuların ölkəyə keçməsinə imkan verməyən əsgərlərin iriçaplı silahlardan atəşə məruz qaldığı bildirilir. Türkiyə hərbçilərinin cavab atəşi açdığı və 1 “İŞİD”çinin öldürüldüyü xəbər verilir.
Bölgəyə əlavə qüvvələr göndərilib.
Mediatv.az