Amerikanın döyüş təyyarələri son aylar ərzində İŞİD terror qruplaşmasının ("İraq-Şam İslam Dövləti") böyük məbləğdə pullar saxladığı bir sıra binaları məhv edib. Nəticədə qruplaşmaya milyonlarla dollar məbləğində ziyan dəyib.
Mediatv.az xəbər verir ki, bu barədə cümə axşamı ABŞ Mərkəzi Komandanlığının rəhbəri, general Lloyd Ostin Florida ştatında çıxışı zamanı bildirib.
O, həftə ərzində KİV-də belə "maliyyə mərkəzləri"ndən birinin İraqın Mosul şəhərində olmasına dair yayılan məlumatları təsdiq edib: “Biz bir neçə gün əvvəl Mosulda böyük həcmdə nağd pulun olduğu obyektə zərbə endirdik. Bizim qiymətləndirməmizə görə, İŞİD milyonlarla dollarından məhrum olub. Bu, pulların saxlanıldığı binaya ilk belə hücum deyil. Son aylar ərzində biz bu qəbildən olan bir neçə başqa obyektə də zərbələr endirmişik”.