Dünya (23-02-2015, 10:46)
İŞİD 100 mindən çox kitabı yandırdı
İraq və Şam İslam Dövləti (İŞİD) yaraqlıları Mosul şəhərində mərkəzi kitabxananı partladıb
"Mediatv.az"-ın Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 10 minə yaxın kitab məhv edib.
Kitabxana direktorunun sözlərinə görə, partlayış nəticəsində üç mərtəbəli bina yanıb. Kitabxananın həyətində İŞİD yaraqlıları İraqın mədəni irsi hesab edilən kitabları yığaraq yandırıb. Yandırılan kitablar sırasında mədəniyyətə, fəlsəfəyə və tarixə aid kitablar üstünlük təşkil edib.
Bu arada Ənbar vilayət şurasının üzvü Adal əl-Fahaduinin sözlərinə görə, son həftələr islamçılar bir neçə kitabxananı məhv edib. Nəticədə 100 mindən çox kitab məhv edilib.
Xatırladaq ki, iyun ayının əvvəlindən etibarən İraqda hökumət qüvvələri ilə “İraq və Şam İslam Dövləti” (İŞİD) silahlıları arasında qanlı döyüşlər davam edir. Mosul və Kərkük şəhərləri də daxil olmaqla bir sıra İraq şəhərləri İŞİD yaraqlıları tərəfindən ələ keçirilib.
İyunun sonunda "İslam Dövləti" İraqda və Suriyada onun nəzarəti altında olan ərazilərində "İslam Xilafəti" yaratdığını elan etdi. İraq hakimiyyəti bu təşkilata qarşı mübarizədə kömək üçün beynəlxalq birliyə müraciət etdi.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024