Mediatv.az-ın AFP agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik bildirib.
Onun sözlərinə görə, S. de Mistura əvvəl Ər-Rİyadda, sonra isə Tehranda danışıqlar aparacaq.
“Səfərin məqsədi iki ölkə arasında yaranmış gərginliyi azaltmaqdır”, - deyə S.Düjarrik qeyd edib.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı İranla bütün diplomatik əlaqələrini kəsib. İran parlamenti isə şiə din xadimi Nimr ən-Nimrin Səudiyyə Ərəbistanında edam olunması ilə əlaqədar Xarici İşlər Nazirliyini rəsmi Ər-Riyadla əlaqələri kəsməyə çağırıb.