Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (3-01-2016, 14:16)
Qəzzafi Putinin qızına elçi düşübmüş

124024_res_01

“Ərəb Baharı” inqilabi hərəkatının qurbanlarından olan Liviyanın sabiq prezidenti Muammər Qəzzafinin Rusiya prezidentinin qızlarından biri üçün elçi düşdüyü iddia olunur.

Mediatv.az-ın məlumatına görə, sabiq prezident oğlu Seyfulislam Qəzzafini Putinin qızı ilə evləndirərək Rusiya prezidenti ilə qohum olmağa cəhd edib.


Seyfulislam Qəddafi

Bu iddiaları, Muammər Qəzzafinin müşavirlərindən Məhəmməf Əbdülmüttəlib əl Huni “əl Ərəbiyyə”yə verdiyi müsahibədə irəli sürüb. Əl Huni bunun siyasi bir evlilik olacağını, baş tutarsa, hədəfin ölkələr arasında daha yaxın münasibət qurmaq olduğunu bildirib. Sabiq müşavir Qəzzafinin bu barədə Putinlə danışdığını, Rusiya prezidentinin bu təklifə çox təəccübləndiyini deyib: “Qəzzafi bu mövzuda Putinlə söhbət etdi. Amma Rusiya dövlət başçısı bu təklifə çox təəccübləndi və qızının Seyfulislamı tanımadığını bildirdi”.


Mariya və Katerina Putina – Vladimir Putinin qızları

Amma Qəzzafinin Putinin hansı qızına elçi düşməsi barədə məlumat verilməyib.

Qəzzafi 2011-ci ildə bölgəni öz təsiri altına alan “Ərəb Baharı” hərəkatı vaxtı əvvəl vəzifəsini, daha sonra üsyançıların əlinə keçərək həyatını itirmişdi. Ata Qəzzafinin ölümündən sonra oğlu Seyfulislam Qəzzafi müxaliflərin əlinə keçmişdi. Tripolidəki məhkəmələrdən biri onun barəsində edam hökmü versə də, oğul Qəzzafi hələ də silahlıların əlində əsirdir.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024